Baş hakim Bellingemin qırmızı vərəqə almasının səbəbini açıqladı
La Liqanın 27-ci turunun “Real” – “Valensiya” (2:2) görüşünün baş hakimi Xesus Gil Mansano Madrid klubunun yarımmüdafiəçisi Çud Bellingemin qalmaqallı şəkildə meydandan qovulması haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun nəyə görə qırmızı vərəqə aldığını izah edib:
“99-cu dəqiqədə Çud Bellingem ona görə meydandan qovuldu ki, oyun bitdikdən sonra, hələ meydanda olarkən aqressiv vəziyyətdə mənə tərəf qaçdı və bu ifadəni bir neçə dəfə təkrar edərək qışqırdı: “Bu, lənətə gəlmiş qoldur!”
20 yaşlı yarımmüdafiəçi “Valensiya” ilə matçda hakimlə mübahisə etdiyi üçün final fitindən sonra qırmızı vərəqə alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin