
“Baş hakimə VAR sisteminin olduğunu söyləmək lazımdır”
PSJ-nin müdafiəçisi Markinyos Liqa 1-də “Monako” ilə oyunda komandanın qapıçısı Canluici Donnarummanın zədələnməsinə münasibət bildirib.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu, Donnarummanın nə vaxt qayıdacağını bilmədiyini söyləyib:
“Baş hakimə VAR sisteminin olduğunu söyləmək lazımdır. Biz futbolçuları qorumalıyıq. Donnarummanın nə vaxt qayıdacağını bilmirəm”.
PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatan matçda Donnarumma zədələnərək birinci hissənin ortalarında əvəzlənib. Bu nəticədən sonra Paris klubu 40 xal toplayıb və Liqa 1-in turnir cədvəlində 1-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin