![](https://komanda.az/wp-content/uploads/2023/08/Bas-Dost-780x470.jpeg)
Bas Dost klubunu dəyişdi
Niderlandlı hücumçu Bas Dost ölkəsinin “NEK Neymegen” klubuna keçib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, onunla 2023/24 mövsümünün sonuna qədər olan müqavilə imzalanıb.
Dost karyerası ərzində “Volfsburq”, “Ayntraxt” (Frankfurt), “Sportinq”, “Brügge” kimi klublarda forma geyinib.
O, 2022/23 mövsümünü “Utrext”də keçirib. Forvard 24 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin