Bartra La Liqaya qayıda bilər

“Trabzonspor”dan ayrılan müdafiəçi Mark Bartra yenidən İspaniya La Liqasında çıxış edə bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Betis” və “Jirona” azad agent olan 32 yaşlı ispaniyalı futbolçu ilə maraqlanır.

Bartra 2010-2016-cı illərdə “Barselona”da, 2018-2022-ci illərdə isə “Betis”də çıxış edib. O, həmçinin, 2016-2018-ci illərdə “Borussiya”nın (Dortmund) formasını geyinib.

Bartra 2022/23 mövsümündə “Trabzonspor”un heyətində bütün turnirlər daxil olmaqla 40 oyuna çıxıb, dörd qol vurub və bir məhsuldar ötürmə edib.

Türkiyə təmsilçisinin futbolçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verdiyi haqda xəbər vermişdik.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button