“Barselona”nın daha bir sabiq futbolçusu MLS klubuna keçə bilər
“Betis”in müdafiəçisi Mark Bartra “İnter Mayami”nin sıralarına keçə bilər.
Komanda.az “Diario Ole”-yə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Barselona”nın keçmiş oyunçuları Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Albanın rənglərini qoruduğu MLS klubunu təmsil edə bilər.
33 yaşlı futbolçunun “Betis”lə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. O, ötən yay Sevilya klubuna qayıdıb. Bartra əvəllər “Trabzonspor” və Dortmund “Borussiya”sında çıxş edib.
11 yaşından futbol oynayan Bartra 2016-cı ilə qədər “Barselona”da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin