
“Barselona” De Yonqla danışıqları təxirə salıb
“Barselona” niderlandlı yarımmüdafiəçi Frenki de Yonqla yeni müqavilə ilə bağlı danışıqları təxirə salmaq qərarına gəlib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, tərəflər 2024/25 mövsümü başa çatdıqdan sonra gələcək əməkdaşlığı müzakirə edəcəklər.
Bundan əvvəl mətbuatda danışıqların mart və ya apreldə baş tuta biləcəyi barədə məlumatlar yayılmışdı. De Yonqun “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Mətbuat dəfələrlə kataloniyalıların maaş hesabındakı yükü yüngülləşdirmək üçün 27 yaşlı futbolçunu satmaq istəyi ilə bağlı xəbərlər yayıb. O, bu mövsüm “Barselona”nın heyətində 24 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin