
“Barselona”nın prezidenti azarkeşlərə səsləndi
Bu gün İspaniya kubokunun finalında “Barselona” və “Real” üz-üzə gələcək.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, final matçı öncəsi “Barselona”nın prezidenti Xuan Laporta azarkeşlərə müraciət edib. O, səfərə çıxacaq fanatlara uğurlu yol və ehtiyatlı olmalarını arzulayıb:
“Barselona”nın bütün azarkeşlərinə uğurlu yol arzulayıram. Diqqətli olun. Sizi Sevilyada gözləyirik, çünki birlikdə güclüyük. Futbolçularımız və məşqçi heyətimiz bizim dəstəyimizi haqq edirlər. Onlar istedadlıdır, özlərinə inamlıdır və bizə sevinc bəxş etmək istəyirlər. Yaşasın “Barselona”!”
Qarşılaşma Sevilya şəhərində yerləşən Olimpiya stadionunda keçiriləcək. Matçın start fiti saat 00:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



