“Barselona”ya qayıtmaq istəyir

“Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanq “Barselona”ya qayıtmaq istədiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, bununla bağlı qabonlu hücumçunun sosial şəbəkədə videosu yayılıb.

Obameyanq videoda “Barselona”ya qayıtmaq istərdim, amma nə olacağını görəcəyik” deyib.

33 yaşlı hücumçu 2022-ci ildə “Barselona”da çıxış edib. Sentyabr ayında o, “Çelsi”yə keçib.

Obameyanq “Çelsi”nin heyətində 21 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button