“Barselona”ya qadağa qoyulacaq – 2023-cü ildə
İspaniya La Liqasının rəhbərliyi 2023-cü ilin yay transfer pəncərəsində “Barselona”ya “maliyyə rıçaqları”ndan istifadə etməyi qadağan etməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, bu barədə “Football Espana” məlumat yayıb.
Xəbərdə bildirilir ki, Kataloniya klubu gələn ilin yayında “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı transfer etmək istəyir.
Xatırladaq ki, ötən yay transfer pəncərəsində “Barselona” “fair-play” qaydalarına əməl etmək, eləcə də, yeni futbolçularla müqavilə imzalaya bilmək üçün bir neçə maliyyə rıçaqlarına əl atmalı olub.
“Barselona”nın maliyyə rıçaqları belə olub:
1) Bir neçə il ərzində gələcək gəlirlərdən hüquqların satışı müqabilində dərhal müəyyən məbləğin alınması
2) “Barca Studios” hüquqlarının qismən satışı ilə pul qazanmaq
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin