“Barselona”ya keçmək özümə hörmətimi artırdı” – Levandovski
“Barselona”nın hücumçusu Robert Levandovski İspaniya klubuna keçidinin həyatında necə dəyişikliklərə səbəb olmasından danışıb.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, polşalı futbolçu “Barsa”ya keçidin ona təkan verdiyini bildirib:
“Barselona”ya keçmək mənə təkan verdi. Bu, mənim özümə hörmətimi artırdı. Bilirdim ki, oyunların nəticələrində həlledici rol oynamalıyam. Mən bu roldan qorxmuram.
Mən özümlə çox fəxr edirəm. Gənc oyunçular mənimlə danışmağa hazırdırlar və sual verməkdən çəkinmirlər. Mən öz bilik və təcrübəmi onlara ötürürəm”.
34 yaşlı Levandovski 2022-ci ilin iyulunda “Bayern”dən “Barselona”ya keçib. Polşalı futbolçu yeni komandasında 8 matçda 11 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin