
Argentinalı hücumçu “Barselona”da oynamaq istəyir
“Atletiko”nun hücumçusu Xulian Alvares karyerasını “Barselona”da davam etdirmək niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə məlumatı “Fichajes” portalı yayıb.
Argentinalı forvard artıq yaxın ətrafına 2026-cı ilin yayında Kataloniya klubuna keçmək istədiyini bildirib. O, bu keçid üçün “Atletiko” rəhbərliyinə təzyiq göstərməyə də hazırdır.
Alvaresin bu qərarı, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeonenin tətbiq etdiyi yeni taktiki yanaşmalardan narazı qalması ilə əlaqələndirilir. O, “Barselona”da Robert Levandovskinin varisi ola biləcəyinə inanır. Bildirilir ki, “Barsa” polşalı forvardla cari mövsümün sonunda müqaviləni yeniləməyi planlaşdırmır.
Mümkün transferin qarşısında duran əsas maneə Alvaresin yüksək qiymətidir. Onun dəyəri təxminən 80 milyon avro təşkil edir.
25 yaşlı Alvares La Liqanın cari mövsümündə 3 oyuna çıxıb və 1 qol vurub.
Bizi Facebook-da izləyin



