“Barselona”ya keçəcəyi gözlənilən futbolçu klubu ilə yeni müqavilə bağladı

“Atletik” futbolçusu Niko Uilyamsla müqavilə müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı hücumçunun yeni sözləşməsi 2035-ci ilin yayınadək nəzərdə tutulub.

İspaniya millisinin üzvünün satın alınma qiyməti 50 faizdən çox artırılıb. Niko Uilyamsın yay transfer dönəmində “Barselona”ya keçəcəyi gözlənilirdi.

Bilbao təmsilçisinin yetirməsi 2021-ci ildən əsas komandada çıxış edir. O, 2024-cü ildə İspaniya yığması ilə Avropa çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button