“Barselona”ya keçmək üçün 2 milyon avrodan imtina edib
Keçən yay “Mançester Siti”dən icarəyə götürülən “Barselona”nın müdafiəçisi Joao Kanselo Kataloniya klubuna keçmək üçün 2 milyon avrodan imtina edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, yay transfer pəncərəsinin bağlandığı son gündə “Barselona” hələ də maliyyə feyr-pley qaydaları ilə müəyyən edilmiş standartlara əməl etməyib. Məhz o zaman Kanselo sonradan ödəniləcəyinə dair zəmanət olmadan 2 milyon avrodan imtina etmək qərarına gəlib.
Kanselo bu mövsüm bütün turnirlərdə 33 matçda iştirak edib. O, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin