“Barselona”ya görə “Milan”la vidalaşdı

Frank Kessye İtaliyanın “Milan” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib və hər kəsə təşəkkür edib.

Kessyenin “Milan”la müqaviləsinin müddəti iyunun 30-na qədərdir. Fil Dişi Sahili yığmasının üzvü azad agent kimi İspaniyanın “Barselona” klubuna keçməyə hazırlaşır.

Kessye 2017-ci ilin yayından “Milan”da çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 5 mövsümdə 222 oyuna çıxıb, 38 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button