
“Barselona”ya arxayınam” – Yeni transfer
“Barselona”nın yeni qapıçısı Xuan Qarsiya Kataloniya klubundakı qeydiyyatına münasibət bildirib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, yeni klubuna arxayın olduğunu söyləyib:
“Müqaviləni imzalayanda qarşıda nə olduğunu bilirdim. Buna hazır idim, ona görə də sakitəm. Sakit idim və sakit qalıram. Əminəm ki, hər şey yaxşı olacaq, kluba arxayınam”.
“Barselona” yeni mövsümdə ilk rəsmi matçını avqustun 16-da keçirəcək. Komanda həmin gün La Liqanın ilk turu çərçivəsində səfərdə “Malyorka” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin