
“Barselonaya əylənmək üçün gedəcəyik” – Almaniyalı futbolçu
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Əmrə Can UEFA Çempionlar Liqasında “Lill”lə matçlardan sonra 1/4 finala yüksəlmələrini şərh edib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı futbolçu həmişə komandaya kömək etməyə çalışdığını bildirib:
“Ən vacib olan qələbədir. Mən həmişə komandaya kömək etməyə çalışıram. Düşünürəm ki, birinci hissədə yaxşı oynadıq. Qol vuranda həmişə deyə bilərsən ki, yaxşı oynadıq, amma birinci hissədə qol vurmadıq. Bu stadionda hesabda geri düşmək asan deyil. İkinci hissədə çox enerjili oynadıq, iki qol vurduq və bu, böyük nailiyyətdir.
Barselonaya əylənmək üçün gedəcəyik. Məqsədimiz daha da irəli getməkdir və mübarizə aparacağıq. Bunun nə ilə nəticələnəcəyini görəcəyik”.
“Borussiya” 1/8 finalda “Lill”i ümumi hesabda 3:2 hesabı ilə məğlub edib. Dortmundlular 1/4 finalda “Barselona” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin