“Barselona” Qaviyə görə tələsmir

“Barselona” yarımmüdafiəçisi Qavini meydana qaytarmağa tələsmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun noyabrda qayıdacağı gözlənilir.

“Barselona”nın tibbi heyəti hesab edir ki, Qavinin noyabrda qayıtması təhlükəsiz olacaq, çünki onun aldığı zədədən sonra reabilitasiya üçün bir illik fasilə vermək daha yaxşıdır. Kataloniyalılar ümid edirlər ki, bu, gələcəkdə zədə təhlükəsinin qarşısını almağa kömək edəcək.

20 yaşlı futbolçu bir il əvvəl İspaniya millisinin heyətində çarpaz diz bağlarını zədələmişdi. O, AÇ-2024-də milli komandaya kömək edə bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button