“Barselona”nın zədəlisi üçün mövsüm bitə bilər
“Barselona”nın zədəli futbolçusu Ansu Fatinin sağalma müddəti uzana bilər.
Komanda.az xəbər verir ki, 18 yaşlı hücumçunun zədəsi gec sağalır. Bu barədə “Catalunya Radio” məlumat yayıb. Xəbərdə, Fatinin yenidən əməliyyat edilməsinə ehtiyac yarana biləcəyi qeyd olunub. Fatinin əməliyyatı ilə bağlı qərar yaxın zamanda veriləcək.
Ötən ilin noyabrında zədələnən Fati yenidən əməliyyat olunacağı halda, mövsümün qalan hissəsini buraxmalı olacaq.
İspan futbolçunun martın sonuna qədər sağalacağı gözlənilirdi. Fati bu mövsüm La Liqada 7 oyunda 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin