“Barselona”nın zədəlilərindən biri sıraya döndü
“Barselona”nın zədəli futbolçularından biri – Frenki de Yonq zədəsini sağaldıb.
Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Mərkəz yarımmüdafiəçisi artıq komanda ilə ümumi məşqlərdə iştirak edir. Onun növbəti oyunlarda iştirakı məşqçilər korpusunun verəcəyi qərardan asılıdı.
Xatırladaq ki, De Yonq təxminən bir ay əvvəl “Malyorka” ilə oyunda (4:0) sıradan çıxmışdı.
“Barselona”da Osman Dembele ilə Samuel Umtiti də zədədən əziyyət çəkir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin