“Barselona”nın futbolçusu yeni mövsümün startını buraxacaq

“Barselona”nın zədəli futbolçusu Ansu Fati yeni mövsümün startını buraxmalı olacaq.

Komanda.az xəbər verir ki, ötən ilin noyabrında zədələnən hücumçu hələ tam sağalmayıb. Bu barədə “Katalunya Radio” məlumat yayıb. 18 yaşlı futbolçu bir müddət həkim nəzarətində qalacaq.

Fati hələlik İspaniyada qalacaq və “Barselona”nın təlim-məşq toplanışının ilkin mərhələsinə qoşulmayacaq.

İspaniya La Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button