“Barselona”nın yeni transferində koronavirus aşkarlandı
“Barselona”nın “Yuventus”dan transfer etdiyi yarımmüdafiəçisi Miralem Pyaniçdə koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə futbolçunun sağlıq durumunun yaxşı olduğu və evində karantinə alındığı diqqətə çatdırılıb. Bosniya və Herseqovina yığmasının üzvü ən azı 15 gün komandanın məşqlərinə qatılmayacaq.
Qeyd edək ki, “Barselona” 30 yaşlı futbolçunu 60 milyon avroya transfer edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin