
“Atletik”ə qarşı oynamaq istəyir – “Barselona”nın yeni transferi
“Barselona”nın yeni futbolçusu Dani Olmo komandada ən qısa zamanda debüt etmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu intensiv məşq edir və o, artıq oynamaq üçün lazımi fiziki hazırlığa gəlib.
Avropa çempionu avqustun 9-da “Leyptsiq”dən alınıb, lakin “Barselona” onu hələ ki, qeydiyyatdan keçirə bilməyib.
Olmo La Liqanın 2-ci turunda, “Atletik”lə keçiriləcək oyunda iştirak etməyə ümid edir.
Hans-Diter Flikin komandası İspaniya çempionatına “Valensiya” üzərində əzmkar qələbə ilə (2:1) başlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin