
Reşford mövsümün ilk matçını buraxa bilər
“Barselona”nın yeni transferi Markus Reşford La Liqanın ilk turunda meydana çıxmaya bilər.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ingiltərəli futbolçunun həmin vaxta qədər qeydiyyatdan keçməsi böyük ehtimalla mümkün olmayacaq.
Hazırda klubun əsas prioriteti digər yeni transfer – əsas qapıçı olması planlaşdırılan Xuan Qarsiyanın qeydiyyatıdır.
Reşford “Mançester Yunayted”dən satınalma hüququ ilə icarəyə götürülüb. 27 yaşlı vinger “Barselona”nın 4 yoxlama oyununda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Barsa” avqustun 16-da La Liqanın ilk turunda səfərdə “Malyorka” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin