“Barselona”nın yeni transferi: “Onu heç vaxt bağışlamayacam”
“Barselona”nın yeni transferi Memfis Depay formasının arxasında nə üçün soyadının yazılmadığını açıqlayıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı hücumçu, 4 yaşında onu tərk edən atası Dennis Depayın adını formasında daşımaq istəmədiyi üçün belə qərar verdiyini deyib:
“Onu heç vaxt bağışlamayacam. Mənə Depay deməyin, Memfis deyin. Evdə nələr yaşadığımızı tam açıqlamayacam. İnsanları utandırmaq istəmirəm”.
Son olaraq Fransanın “Lion” klubunda çıxış edən Memfis “Barselona” ilə iki illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin