Yeni transfer: “Messini komanda yoldaşı olaraq görürəm, idealım olaraq yox”

“Barselona”nın yeni transferi Frenki de Yonq maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi, komanda yoldaşı Lionel Messi haqda danışıb:

“Messi ilə oynayacağım üçün səbirsizlənirəm. Hər zaman onu yaxından izləmişəm. Messini komanda yoldaşı olaraq görürəm, idealım olaraq yox.

“Barselona” ilə Hollandiya arasında həmişə xüsusi bağlılıq olub. Mən də bunun bir hissəsi olacam. “Barselona”da oynayan ən yaxşı hollandiyalı futbolçulardan olmaq istəyirəm”.

“Barselona” de Yonqu 75 milyon avro qarşılığında “Ayaks”dan transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button