“Barselona”nın yeni transferi: “Uşaq kimi həyəcanlıyam”
“Barselona”nın yeni transferi Ferran Torres açıqlama verib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispan hücumçu, uşaq kimi həyəcanlı olduğunu söyləyib:
“Uşaq kimi həyəcanlıyam. Burda milli komandadan da tanıdığım bir neçə futbolçu var. “Barselona”da məni çox xoş qarşıladılar.
“Barselona” dünyanın ən yaxşı klubudur və hər zaman bütün titullar üçün mübarizə aparır. Burda olmaq hər zaman xəyalım olub. Klubun layiq olduğu yerlərə qayıtması üçün əlimdən gələni edəcəm. Luis Enrike və Xosep Qvardiola ilə işləməyim “Barselona”ya keçidimə çox kömək oldu”.
Torres 55 milyon avro qarşılığında “Mançester Siti”dən “Barselona”ya keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin