Bu gün debüt edə bilər – “Barselona”nın yeni transferi

“Barselona” yeni transferi Vitor Rokenin La Liqada qeydiyyatdan keçdiyini açıqlayıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bütün lazımi hüquqi rəsmiləşdirmələrin tamamlandığını bildirib.

18 yaşlı Roke La Liqanın 19-cu turunun “Las Palmas”la bu gün keçiriləcək oyunu üçün heyətə daxil edilib.

Braziliyalı futbolçu “Barselona” ilə 2031-ci ilin iyununa kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button