“Barselona”nın yeni hədəfi – İsveçli hücumçu
“Barselona” “Nyukasl”ın hücumçusu Aleksandr İsakı transfer etmək üçün hərəkətə keçib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalıların baş məşqçisi Xavi 23 yaşlı futbolçunun performansına heyran olub və onu komandasında görmək istəyir.
İngiltərə klubu İsak üçün ən az 70 milyon avro tələb edəcəklərini bildirib.
İsveçli futbolçu 2022-ci ildən “Nyukasl”da çıxış edir. İsak bu mövsüm 4 oyun keçirib və 2 qol vurub. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin