“Barselona”nın yeni transferi ilk tur matçını buraxacaq
“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo yeni komandasında debüt etməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” Olmonu qeydiyyatdan keçirə bilməyib, ispaniyalı futbolçu “Valensiya” ilə La Liqanın ilk turunun (17 avqust) matçını buraxacaq.
Kataloniya klubunun yeni oyunçusu çox güman ki, “Atletik”lə 2-ci tur matçında (24 avqust) meydana çıxacaq. Olmonun transferi “Barselona”ya bonuslar nəzərə alınmasa, 55 milyon avroya başa gəlib.
26 yaşlı futbolçu ötən həftə “Leyptsiq”dən keçərək, Kataloniya nəhənginin sıralarına qoşulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin