Xavi: “Atmosfer çox dəyişib, amma…”
“Barselona”nın yeni baş məşqçisi Xavi La Liqanın 14-cü turunda “Espanyol”la keçirilən oyundan (1:0) sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis, Kataloniya klubunda baş məşqçi kimi ilk qələbəsini belə şərh edib:
“Ən çox bəyəndiyim şey futbolçularımızın oyuna münasibəti oldu. Təbii ki, təkmilləşdirməli olduğumuz şeylər var. Əslində bunlar çoxdur, amma təbii ki, biz ən yaxşı vəziyyətdə deyilik. “Espanyol” bizə çoxlu problemlər yaşatmağı bacardı. Bütövlükdə bu, layiqli qələbə idi.
Azarkeşlərin məni qəbul etməsi sadəcə gözəldir. Altı ilə yaxındır ki, “Kamp Nou”da olmurdum. Atmosfer çox dəyişib, amma hər şeyi bəyəndim”.
“Barselona” La Liqada 6-cı sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin