“Barselona”nın yeni baş məşqçisi: “Dünən kəndimdə inəklərin yanından keçirdim, ancaq bu gün…”
“Barselona”nın yeni baş məşqçisi Kike Setyenin təqdimatı keçirilib.
Komanda.az xəbər verir ki, 61 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Setyen təyinatıyla bağlı klubun rəsmi saytına açıqlama verib:
“Mənə bu şansı verdikləri üçün təşəkkür edirəm. Ən dəhşətli xəyallarımda belə, təsəvvür etməzdim ki, bu klubda çalışaram. Çox həyəcanlıyam. Dünən kəndimdə inəklərin yanından keçirdim, ancaq bu gün dünyanın ən yaxşı futbolçularını idarə etmək üçün “Barselona”dayam.
Ernesto Valverdeyə mənə lider bir komanda verdiyi üçün təşəkkür edirəm. Mənim hədəfim hər şeyi qazanmaqdır. Qazana bilinəcək hər şeyi qazanmalıyıq. Klubun bundan başqa planı yoxdur”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin