Xavidən Pikeyə qadağa
“Barselona”nın yeni baş məşqçisi Xavi futbolçusu Jerar Pikeyə “El Hormiguero” proqramına müsahibə verməsini qadağan edib.
Komanda.az xəbər verir ki, bu barədə COPE radiosu məlumat yayıb. Xavi futbolçuların mətbuata tez-tez müsahibə verməsini istəmir. İspan mütəxəssis oyunçuların bütün diqqətini komandaya verməsini istəyir.
“Barselona” Xavinin rəhbərliyi altında ilk matçına noyabrın 20-də çıxacaq. Kataloniya təmsilçisi La Liqanın 14-cü turunda “Espanyol”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin