“Barselona”nın yarımfinaldakı rəqibi bəlli oldu
Futbol üzrə İspaniya kubokunda yarımfinal cütlükləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, finala vəsiqə uğrunda “Barselona”, “Sevilya”, “Atletik” və “Levante” klubları mübarizə aparacaqlar.
Yarımfinalda “Barselona” “Sevilya” ilə qarşılaşacaqsa, “Atletik” də “Levante” ilə mübarizə aparacaq. Bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bu komandalar arasındakı ilk oyunlar fevralın 10-da, cavab görüşləri isə martın 3-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin