“Reallıq budur ki, “Barselona” hələ də maaşları “boğur” – Klub rəsmisi
“Barselona”nın vitse-prezidenti Eduard Romeu Kataloniya klubunun maliyyə problemləri üzərində işləməyə davam etdiyini bildirib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, məqsədin klubun xərc axınının qarşısını almaq olduğunu söyləyib:
“Məqsəd klubun 2017/2018 mövsümündən bəri itirdiyi ildə 200 milyona qədər olan xərc axınının qarşısını almaq idi. Çünki əks halda, klub yaşaya bilməzdi.
İdeya budur ki, 2023-2024-cü illərdə klubun durumu normallaşsın və maliyyə rıçaqları olmadan işləyə bilsin. Reallıq budur ki, “Barselona” hələ də maaşları “boğur”. Baxmayaraq ki, biz yeni maliyyə ilində vəziyyətin dəyişəcəyinə, “ağır çəkili” futbolçuların bir çoxunun artıq heyətdə olmayacağına ümid edirik. Bu ideya ilə klub təxminən 859 milyon qazanıb və bunun 676 milyonu maaşlara gedib”.
La Liqanın cari mövsümündə “Barselona” 9 turdan sonra 21 xalla üçüncü yerdədir.
Bizi Facebook-da izləyin