
“Barselona”nın Uilyamsla hansı şərtlərlə anlaşdığı məlum oldu
“Barselona” “Atletik”in vingeri Niko Uilyamsla şəxsi müqavilə şərtləri üzrə ilkin razılığa gəlib.
Komanda.az xəbər verir ki, bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.
22 yaşlı futbolçunun kataloniyalılarla müqaviləsinin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub. O, “Barselona”da ildə 12 milyon avro maaş alacaq.
İspaniyalı futbolçu son mövsümdə bütün turnirlərdə 45 oyunda meydana çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin