
Uilyams “Barselona”dan zəmanət tələb edir
“Barselona” “Atletik”in vingeri Niko Uilyamsın transferi üzərində işini davam etdirir.
Kataloniya təmsilçisi artıq 22 yaşlı futbolçu ilə müqavilə müddəti və maaş barədə razılığa gəlib. Ancaq danışıqlar prosesi hazırda dalana dirənib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu agenti vasitəsilə “Barselona”dan onun uğurla qeydiyyatdan keçəcəyinə dair ciddi zəmanət tələb edib.
Uilyams daha əvvəl Dani Olmo və Pau Viktorun qeydiyyatı zamanı yaranan çətinliklərin təkrarlanmasını istəmir.
“Barselona” Uilyamsa qeydiyyatın problemsiz baş tutacağına dair əminlik versə də, o, bu vədlərlə kifayətlənmir və daha güclü hüquqi təminatlar istəyir. Onun bu mövqeyi “Barsa” rəhbərliyində narahatlıq yaradıb.
Bizi Facebook-da izləyin