“Barselona”nın Uilyamsla bağlı problemi var
“Barselona” tədricən İspaniya millisinin və “Atletik”in vingeri Niko Uilyamsın transferinə yaxınlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barsa” 22 yaşlı futbolçu ilə müqaviləni razılaşdırıb. Kataloniya nəhənginin Uilyamsın transferi üçün ödəməli olduğu 60 milyon avro var. Amma klubun yeni mövsüm üçün bu futbolçunu qeydiyyatdan keçirmək problemi var.
Uilyams ötən mövsüm 48 matçda iştirak edib, 10 qol vurub və 24 məhsuldar ötürmə verib. O, İspaniya millisinin heyətində 2024-cü il Avropa çempionatının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin