
Qullit: “Barselona”nın taktikası kamikadze futboludur”
Niderland millisinin sabiq futbolçusu Rud Qullit Çempionlar Liqasında “Brügge” ilə “Barselona” arasında keçirilən oyunun nəticəsini (3:3) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:
“Uğursuzluğa səbəb ola biləcək oyun planına niyə sadiq qalmalıyıq? “Barselona”nın taktikası kamikadze futboludur”.
“Barselona” Çempionlar Liqasının turnir cədvəlində 7 xalla 11-ci yerdədir. Kataloniya klubu növbəti Çempionlar Liqası oyununu “Çelsi”yə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



