“Barselona”nın təklifindən imtina edib
“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets klubla müqaviləni uzatmaq təklifindən imtina edib.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Kataloniyalılar futbolçuya 2024-cü ilə qədər klubda qalmağı təklif etsə də, o, bundan imtina edib.
34 yaşlı futbolçunun “Barsa” ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
Buskets 2008-ci ildən “Barselona”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin