“Barselona” 17 yaşlı hücumçunu transfer etmək istəyir
“Barselona” “Atletiko Paranaense”nin 17 yaşlı braziliyalı hücumçusu Vitor Roke ilə maraqlanır.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, artıq tərəflər arasında danışıqlar başlayıb. Kataloniya təmsilçisinin məşqçilər heyəti gənc futbolçunu uruqvaylı hücumçu Luis Suaresə bənzədir.
“Barselona”nın prezidentinin müşaviri Deko ilə “Atletiko Paranaense”nin texniki koordinatoru Luis Felipe Skolarinin 20 ildən artıq yaxşı münasibətlərinin olması keçidə müsbət təsir edə bilər.
“Barsa”nın Roke transferində əsas rəqibləri “Real” və İngiltərə Premyer Liqası təmsilçiləridir.
Roke 2022-ci ildə “Atletiko Paranaense”nin heyətində bütün turnirlər daxil olmaqla 36 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 31 may 2027-ci ilə qədərdir.
Bizi Facebook-da izləyin