
“Barselona”nın stadionunun adı dəyişir – rəsmiləşdi
“Barselona” klubu ilə “Spotify” şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb.
Komanda.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb. Anlaşma bu ilin iyul ayından qüvvəyə minəcək və 4 il davam edəcək.
Müqaviləyə görə, növbəti mövsümdən “Barselona”nın stadionu “Kamp Nou” “Spotify Kamp Nou” adlanacaq.
1957-ci ildə tikilən “Kamp Nou” 99 min 354 tamaşaçı tutumuna malikdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin