“Barselona”nın son 12 ildəki ən zəif göstəricisi

“Barselona” əsas qapıçısı Xuan Qarsiyanın zədələnməsindən sonra ciddi problemlərlə üzləşib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı qolkiper mövsümün əvvəlində yüksək səviyyədə çıxış edərək 7 matçda cəmi 5 qol buraxmış və 3 dəfə qapısını toxunulmaz saxlamışdı.

Ancaq ispaniyalı futbolçunun əvəzində meydana çıxan Voyçex Şesnı bu göstəriciləri təkrarlaya bilmir. Polşalı qolkiper 8 oyunda 15 dəfə topu öz qapısından çıxarıb və hələ ki, bircə dəfə də olsun “quru oyun” keçirə bilməyib.

Son olaraq Hans-Diter Flikin komandası UEFA Çempionlar Liqasının səfər matçında “Brügge” ilə 3:3 hesablı heç-heçə edib. Beləliklə, “Barselona” artıq ardıcıl 9 qarşılaşmada qol buraxır. Bu, klubun son 12 ildəki ən zəif seriyasıdır.

Kataloniya təmsilçisi növbəti oyunda, noyabrın 9-da La Liqada “Selta” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button