“Barselona”nın sabiq üzvü Yunanıstanda klubunu dəyişdi

Futbol üzrə Ukrayna millisinin müdafiəçisi Dmitri Çiqrinski Yunanıstanda klubunu dəyişib.

Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçu bundan sonra karyerasını “İonikos” klubunda davam etdirəcək. Azad agent statusuna malik futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Çiqrinski 2016-cı ildən Yunanıstanın digər klubu AEK-də çıxış edirdi. O, daha öncə “Dnepr”, “Şaxtyor” (Donetsk), “Barselona”, “Metallurq” (Zaporojye) klublarında da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button