Bir vaxtlar “Barselona”nın ən istedadlı futbolçularından sayılırdı, indi isə…
“Barselona”nın sabiq üzvü Qay Asullin karyerasını Rumıniyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Politexnika” klubuna transfer olunub. Bu barədə Rumıniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. İsrailli oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Barselona”nın yetirməsi olan Qay, 18 yaşında əsas komandada debüt edib. Bir zamanlar “Barselona”nın ən istedadlı futbolçularından sayılan yarımmüdafiəçi, daha sonra “Mançester Siti”, “Brayton”, “Rasinq”, “Qranada”, “Malyorka” kimi klublarda forma geyinib. Son olaraq Qazaxıstanın “Kayrat” klubunun şərəfini qoruyan Asullin, 2018-ci ilin martından klubsuz idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin