Sabiq qapıçıdan Ter Ştegenə dəstək

“Barselona”nın sabiq qapıçısı Jordi Masip komandanın hazırkı əsas qolkiperi Mark-Andre ter Ştegenə dəstəyini ifadə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Espanyol”un qapıçısı Xuan Qarsiyanın transferi fonunda almaniyalı qolkiperin ehtiyatda qala biləcəyinə dair yayılan xəbərlərə münasibət bildirib:

“Mənim fikrimcə, Ter Ştegen start heyətində olmalıdır. Mən bunu şəxsən yaşamışam. Üç il onunla birgə məşq etmişəm və səviyyəsini, liderliyini, paltardəyişmə otağındakı nüfuzunu yaxşı bilirəm.

O, artıq 10 ildir sübut edir ki, dünyanın ən yaxşı 3-4 qapıçısından biridir. “Barselona” ilə çoxsaylı titullar qazanıb və daim yüksək səviyyədə çıxış edib. Məncə, o bu klub üçün ideal qapıçıdır və məhz buna görə də Qarsiyanın əsas qapıçı olacağı xəbərləri məni daha da təəccübləndirdi”.

“Barselona” artıq Qarsiyanın transfer şərti olan 25 milyon avronu ödəyərək, onun keçidini rəsmiləşdirməyə hazırlaşır. İddialara görə, o, komandada “1 nömrə” olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button