“Fiqu xain idi” – “Barselona”nın keçmiş prezidenti
“Barselona”nın sabiq prezidenti Joan Qaspar Luiş Fiqunun vaxtı ilə “Real”a keçidindən danışıb.
Komanda.az xəbər verir ki, “sport.es” saytına açıqlama verən Qaspar, Fiqunu xain adlandırıb:
“Fiqu xain idi. “Barselona”nın prezidenti seçildiyim gecə mənə zəng etdi və dedi ki, iki biletim var – biri Madridə, biri də Barselonaya. O, menecerinin “Real”la müqavilə imzaladığını söylədi. Fiqu dedi ki, “Real”a keçməsəm, 3 milyon avro ödəməliyəm. Bu pulu siz verin, qalım.
Mən də bu məbləği ödəyəcəyimizi dedim. Fiqu, bank zəmanəti ilə sənəd gətirməyimi istədi, ancaq gecə idi və bu, mümkün deyildi. Mən ona bu məbləği ödəyəcəyimizə dair zəmanət verdim, ancaq o, “Real”a keçdi. Bu, mənim ən yaxın dostum Florentino Peresin məkrli bir hərəkəti idi”.
Fiqu 1995-2000-ci illər aralığında “Barselona”da, 2000-2005-ci illərdə isə “Real”da çıxış edib.
Bizi Facebook-da izləyin