“Barselona”nın sabiq futbolçusu Liqa 1 yolunda
“Barselona”nın sabiq futbolçusu Yaya Ture karyerasını Fransada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçinin meneceri Fransanın bir neçə klubuyla danışıqlar aparır. Bu barədə “RMC Sport” məlumat yayıb.
Yaya Ture daha əvvəl də Fransada çıxış edib. O, 2007/08 mövsümündə “Monako”nun uğurları üçün çalışıb.
Karyerası ərzində “Monako”, “Barselona”, “Mançester Siti” kimi klublarda forma geyinən Turenin son iş yeri “Tsindao Haynyu” olub. Yarımmüdafiəçi 2020-ci ilin yanvarında, koronavirusa görə Çin klubundan ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin