Koronavirusa görə klubsuz qalmışdı – Braziliyaya gedir
“Barselona”nın sabiq futbolçusu Yaya Ture karyerasını Braziliyada davam etdirə bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə “Botafoqo” klubu maraqlanır. Turenin braziliyalılarla danışıqlar apardığı və yaxın zamanda qərarını verəcəyi bildirilir.
Karyerası ərzində “Monako”, “Barselona”, “Mançester Siti” kimi klublarda forma geyinən Turenin son iş yeri “Tsindao Haynyu” olub. Yarımmüdafiəçi, 2020-ci ilin yanvarında koronavirusa görə Çin klubundan ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin