Tanınmış futbolçu üçün son tarix: 10 sentyabra qədər klub tapmasa…

“Barselona”nın sabiq futbolçusu və Fransa millisinin müdafiəçisi Samuel Umtiti peşəkar karyerasını başa vurmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” məlumat yayıb.

31 yaşlı oyunçu dizindəki problemlər səbəbindən futboldan ayrılmağı planlaşdırır. O, ötən mövsüm iki dəfə əməliyyat olunduğu üçün “Lill”in heyətində bir matçda da meydana çıxmayıb.

Umtiti sentyabrın 10-na qədər özünə uyğun klub tapmasa, karyerasını bitirəcək. Hazırda mövcud təkliflər onu qane etmir.

Fransalı futbolçu “Barselona” ilə iki dəfə La Liqa çempionu olub, həmçinin, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu titulunu qazanıb. Hazırda o, azad agent statusundadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button