
“Messi tənqid ediləcək adam deyil” – Anri
“Barselona”nın sabiq futbolçusu Tyerri Anri son zamanlarda tənqid edilən Lionel Messi haqda açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız sabiq hücumçu, Messinin tənqidlərə layiq olmadığını deyib:
“Messi haqda danışan insanları görəndə gülürəm. İnsanlar onun nələr etdiyini unudurlar. Başa düşürəm, hekayələr danışmalısan, ancaq bu oğlan haqda yox. Messi tənqid ediləcək adam deyil, o, xoşbəxt olmağa layiqdir”.
2003-cü ildən “Barselona”da çıxış edən Messi 34 kubok qazanıb. Argentinalı futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin